Polşanın maliyyə naziri – Müdafiə xərclərinin artırılması Polşanın əsas prioriteti olacaq

15:46, 21.02.2025

Müdafiə xərclərinin artırılması Polşanın əsas prioriteti olacaq. “Reuters”in məlumatına görə, bunu Polşanın maliyyə naziri Anjey Domanski deyib.

Domanskinin qeyd etdiyi kimi, müdafiə xərcləri bütün digər investisiyaları müəyyən edir.

“Digər investisiyalar yalnız Polşa təhlükəsiz olduqda məna kəsb edir.” – deyə maliyyə naziri qeyd edib.

Domanski həmçinin Aİ ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

Oxşar