Polşanın iqtisadiyyat nazirinin müavini – Trampın tətbiq etdiyi kimi rüsumlar yüz ildir olmayıb, ümid edirəm ki, biz ABŞ ilə tez bir zamanda danışıqlar apara biləcəyik
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi kimi rüsumlar artıq yüz ildir olmayıb – bu haqda Polşanın iqtisadiyyat nazirinin müavini Mixal Baranovski bildirib.
Baranovski deyib, “Axırıncı dəfə oxşar vəziyyət “Böyük depressiya”nın dərinləşməsinə səbəb oldu, bu da son nəticədə milyonlarla iş yerinin itirilməsinə, siyasi ekstremizmin artmasına səbəb oldu və bir çox tarixçinin hesab etdiyi kimi, beynəlxalq münaqişələrin səbəblərindən birinə çevrildi”.
“İndi tərəzinin gözündə duran məhz budur. Ümid edirəm ki, hamımız tarixin dərslərini nəzərə alacağıq” – Baranovski qeyd edib.
Bununla yanaşı, Polşanın nümayəndəsi Avropa İttifaqının tətbiq edilən rüsumlardan məyus olduğunu bildirib. O, deyib “bu qarşıdurmada qalibin olmayacağı tamamilə aydındır”.
“Hələlik, biz “əvvəlcə at, sonra danış” yanaşmasını görürük. Ümid edirəm ki, biz Amerika Birləşmiş Ştatları ilə mümkün qədər tez bir zamanda danışıqlara – ciddi danışıqlara keçə biləcəyik” – Baranovski qeyd edib.