Polşanın 80-dən çox şəhərində immiqrasiyaya qarşı etiraz aksiyaları keçirilib
Polşanın 80-dən çox şəhərində immiqrasiyaya qarşı etiraz aksiyaları keçirilib

Polşanın 80-dən çox şəhərində immiqrasiyaya qarşı etiraz aksiyaları keçirilib.

Aksiyalar ultrasağçı “Azadlıq və Müstəqillik Konfederasiyası” partiyası tərəfindən Varşava, Krakov, Poznan, Vroçlav və Bialystokda təşkil olunub.

Nümayişçilər Litva, Ukrayna, Belarus və Slovakiya ilə sərhədlərin bağlanmasını tələb edir və bildirirlər ki, sərhədi qeyri-qanuni keçməyə çalışanlara qarşı əsgərlərin atəş açmaq hüququ olmalıdır.

Polşanın bir neçə şəhərində immiqrasiyanı dəstəkləyən aksiya da baş tutub.

Polşa və Avropa İttifaqının daha beş ölkəsi sığınacaq verilməsi qaydalarının məqsədli şəkildə sərtləşdirilməsi barədə razılığa gəlib. Ötən il Polşada sığınacaq müraciətlərində artım müşahidə olunmuşdu, bu isə 2021-ci ildən bəri Belarusla şərq sərhədində davam edən böhranla əlaqələndirilir. Nəticədə, Polşa parlamenti Belarus tərəfindən sərhədi keçən şəxslər üçün sığınacaq almaq hüququnun müvəqqəti dayandırılmasını nəzərdə tutan qanunu qəbul etdi. Həm Polşa, həm də digər Avropa liderləri uzun müddətdir Belarus prezidenti Aleksandr Lukaşenkonu Avropa İttifaqını sabitsizləşdirmək məqsədilə miqrant axınının təşkilində ittiham edirlər.