Polşada silah zavodunda güclü partlayış olub

17:09, 10.06.2024

Polşada Mesko silah zavodunda güclü partlayış olub.

Polşa mətbuatının məlumatına görə, partlayış nəticəsində 59 yaşlı kişi ölüb.

“Partlayış bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində baş verib”, – zavodun meneceri Elzbieta Sreniavska bildirib.

Partlayış zamanı mərkəzdə 3 nəfər olub. Bir nəfər çölə çıxa bilib, bir yaralı isə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır, partlayışın səbəbi hələlik məlum deyil.

Oxşar