Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə altı nəfəri saxlayıblar
Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə altı nəfəri saxlayıblar. Məlumatı “Evropeyska pravda” nəşri Polşanın xüsusi xidmət üzrə koordinasiya naziri Tomaş Semonyaka istinadən yayır.
Məlum olduğu kimi, beş polşalı və bir rus Rusiyaya hərbi təyinatlı materialların ötürülməsində də ittiham olunurlar.
Yayılan məlumata əsasən, cinayətkar qrupla əlaqəsi olduğu ehtimal edilən şəxslərin işi üzrə oktyabrın 21-dən noyabrın 2-dək keçirilən əməliyyatlar çərçivəsində 21 ünvanda axtarış aparılıb.
Məhkəmə saxlanılanlardan dördü barəsində həbs qətimkan tədbiri seçib, iki nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib.