Polşada Rusiya işləri üzrə müvəqqəti vəkil - Polşa vurulan dronların Rusiya mənşəli olduğuna dair sübut təqdim etməyib
Polşada Rusiya işləri üzrə müvəqqəti vəkilin bəyanatına əsasən, ölkə Polşada vurulan dronların Rusiya mənşəli olduğunu təsdiqləyən heç bir sübut təqdim etməyib.
Andrei Ordaş Polşanın Xarici İşlər Nazirliyinə çağırıldığını deyib.
Kreml rus dronlarının Polşanın hava məkanına daxil olması ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.
Məlumat üçün bildirək ki, Polşanın Baş naziri bildirib ki, sentyabrın 10-da gecə rus dronlarını ilk dəfə NATO üzvü ölkənin ərazisində düşürüblər, lakin panikaya əsas yoxdur. Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri bildirib ki, ilkin məlumatlara görə, Rusiya dronlarının Polşanın hava məkanına daxil olması qəsdən baş verib. Bununla yanaşı, Ukrayna Prezidenti Polşanın hava məkanına ən azı 8 rus dronunun daxil olduğunu deyib.