Polşanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin birinci turunun yekun nəticələrini elan edib. Seçki məntəqələrinin 100%-i hesablandıqdan sonra məlum olub ki, Varşavanın meri Rafal Tşaskovski səslərin 31.36%-ni qazanıb, sağçı mühafizəkar “Qanun və Ədalət” partiyasının dəstəklədiyi Karol Navrotski isə 29.54% səs toplayıb. Tşaskovski və Navrotski iyunun 1-də keçiriləcək seçkilərin ikinci turunda üz-üzə gələcəklər.
Seçkilərdə seçicilərin 67.31%-i iştirak edib, bu isə 64.51% seçici fəallığının qeydə alındığı 2020-ci ilin seçkilərinin birinci turu ilə müqayisədə daha yüksəkdir.