Polşada məktəblərdən birində silahlı şəxs bıçaqla yeddi nəfəri yaralayıb
Polşada məktəblərdən birində silahlı şəxs bıçaqla yeddi nəfəri yaralayıb. “Reuters” yerli polisə istinadən yazır ki, hücum edən şəxs saxlanılıb.
“Olan ən vacib məlumat budur ki, vəziyyət nəzarət altına alınıb”, – deyə Ostroleka şəhərinin meri bildirib.
Medianın məlumatına görə, 19 yaşlı hücum edən şəxs həmin məktəbin şagirdi olub.
Məlumata əsasən, yaralananlardan ikisinin vəziyyəti ağırdır. Həmçinin yaralananlar arasında müəllimin də olduğu bildirilir.