Polşada casusluq ittihamı ilə Ukraynanın iki vətəndaşını saxlayıblar
Polşada casusluq ittihamı ilə Ukraynanın iki vətəndaşını saxlayıblar

 

Polşada casusluq ittihamı ilə Ukraynanın iki vətəndaşını saxlayıblar. Bu haqda “Reuters” agentliyi yazır.

Təhlükəsizlik məsələləri üzrə nazir Tomaş Siemonyakın bəyanatına əsasən, Ukrayna vətəndaşları xarici kəşfiyyatın xeyrinə hərbi personal və vacib infrastruktur haqqında məlumat toplamaqda ittiham olunurlar.

Polşanın Təhlükəsizlik Agentliyinin məlumatına əsasən, saxlanılanlar 32 və 34 yaşlarındadır və Katoviçe şəhərində saxlanılıblar.

Agentlik şübhəlilərin Polşanın hərbi potensialı da daxil olmaqla, xarici kəşfiyyat üçün tapşırıqlar yerinə yetirdiyinə dair dəlillər əldə edib.

Polşanın Təhlükəsizlik Agentliyinin məlumatına əsasən, şübhəlilər bu xidmətləri üçün pul alırdılar.

Məhkəmə şübhəlilərə üç aylıq həbs cəzası verib.