Polşada fermerlər Avropa İttifaqı tərəfindən Cənubi Amerika ölkələri ilə azad ticarət planına etiraz edirlər
Polşada fermerlər Avropa İttifaqı tərəfindən Cənubi Amerika ölkələri ilə azad ticarət planına etiraz edirlər.
Polşa mediasının yazdığı kimi, fermerlər səhərdən bəri əsas magistral yollarda və körpülərdə toplaşıblar. Onlar nəqliyyatın hərəkətini tamamilə bağlamağı planlaşdırmırlar, lakin avtomobillər yenə də ləngimələrlə hərəkət edirlər.
Aksiyanın təşkilatçıları nümayişlərinin “apolitik” olduğunu və Polşa kənd təsərrüfatını qorumağa xidmət etdiyini bildirirlər. Onların sözlərinə əsasən, yeganə tələbləri Avropa İttifaqının “MERCOSUR”a üzv olan Cənubi Amerika ölkələri ilə azad ticarət müqaviləsi imzalamaqdan imtina etməsidir.
Fermerlər bildirirlər ki, bu müqavilə nəticəsində Cənubi Amerikadan ucuz məhsullar Avropa bazarına daxil olacaq, bu da yerli fermerlərə zərər verəcək.
Bundan əvvəl Fransa və Brüsseldə “MERCOSUR” ölkələri ilə azad ticarətə qarşı aksiyalar keçirilmişdi.
Avropa İttifaqının liderləri dekabrda qeyd olunan müqavilənin imzalanmasını müzakirə etdilər, lakin üzv dövlətlər arasında narazılığa görə imzalanma yanvar ayına təxirə salınmışdı.