Polşada diversiya əməlləri ilə əlaqədar saxlanılan iki ukraynalıya qarşı rəsmi olaraq ittiham irəli sürüblər, onlar ömürlük həbs cəzası ilə üzləşiblər
Polşada diversiya əməlləri ilə əlaqədar saxlanılan iki ukraynalıya qarşı rəsmi olaraq ittiham irəli sürüblər, onlar ömürlük həbs cəzası ilə üzləşiblər

 

Polşada diversiya əməlləri ilə əlaqədar saxlanılan iki ukraynalıya qarşı rəsmi olaraq ittiham irəli sürüblər, onlar ömürlük həbs cəzası ilə üzləşiblər.

Bu haqda Ukrayna mediası yazır.

“Bazar ertəsi günü istintaqa başladıq və cinayətkarların hazırda Belarusda olan iki Ukrayna vətəndaşı – Aleksandre K. və Evqeni İ. olduğunu göstərən dəlilləri əldə etdik. Prokurorluq onlara qarşı Rusiya Federasiyası tərəfindən sifariş edilmiş diversiya və terror törətmək üzrə ittiham irəli sürmək haqda qərar verib” – Polşa prokurorluğunun bəyanatında deyilir.

Bundan əvvəl isə noyabrın 18-də Polşanın Baş naziri Donald Tusk Polşa dəmir yollarında diversiya təşkil edən şəxslərin, ehtimal ki, Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən Ukrayna vətəndaşları olduğunu demişdi. O, Polşanın şübhəlilərin həbsini və ekstradisiyasını tələb etdiyini bildirib.