Polşa Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səkkiz gürcü hüquq-mühafizə orqanı əməkdaşına ölkəyə giriş qadağan edilib
Polşa Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səkkiz gürcü hüquq-mühafizə orqanı əməkdaşına ölkəyə giriş qadağan edilib.
Polşa Xarici İşlər Nazirliyi hüquq-mühafizə orqanı əməkdaşlarının ad və soyadlarını dəqiqləşdirmir.
“Gürcüstanda müxəlifətə qarşı artan repressiyalara cavab olaraq, Polşa aksiya iştirakçılarına qarşı zorakılığa görə məsuliyyət daşıyan hüquq-mühafizə strukturlarının 8 nümayəndəsinə ölkə ərazisinə girişi qadağan edib. Polşa gürcü cəmiyyətinin avropayönümlü istəklərini dəstəkləyir” – Polşa Xarici İşlər Nazirliyi yazıb.