Polşa Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı planlaşdırırlar
Polşa Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı planlaşdırır, – bu barədə Polşa mediası ilə söhbəti zamanı ölkənin xarici işlər nazirinin müavini, Pyotr Vavjik bəyan etdi.
“Polşa ruslara viza verilməsini dayandırmağa imkan verən konsepsiya üzərində işləyir”, – Polşa diplomatı bəyan etdi.
Onun sözlərinə görə, Varşava qərarı yaxın həftələrdə açıqlayacaq.
O, həmçinin dedi ki, hazırda Avropa İttifaqı üzvləri arasında Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılması məsələsində vahid mövqe yoxdur. Vavjikin sözlərinə görə, Almaniya, Fransa və Hollandiya bu addımın əleyhinədir.
Xatırladaq ki, Ukrayna hökuməti Avropa İttifaqından Rusiya vətəndaşları üçün sərhədləri bağlamağı tələb edir. Çexiya, Estoniya, Latviya, Litva və Finlandiya Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini dəstəkləyir.
Almaniya kansleri Olaf Şolts bəyan etdi ki, Rusiyanın bütün vətəndaşlarına qarşı sanksiyaların tətbiqi haqlı deyil.