Polşa və Litva prezidentləri Ukraynaya getdilər
Ukraynaya Polşa və Litva prezidentləri getdilər. Andjey Duda və Qitanas Nausedanı Lvovda Vladimir Zelenski qarşıladı. O, Polşaya tanklara, Litvaya isə, enerji sahəsini İranın dronlarından qoruyan zenit sistemlərinin verilməsinə görə təşəkkürünü bildirdi.
“Bu gün müdafiəmiz, dövlətimiz və ordumuz, birgə müdafiə və Ukrayna üçün, bütün Avropa üçün önəmli bir söz deyə bilərəm. Bu söz “tanklardır”. Polşanın, Anjey Dudanın və Polşa hakimiyyətinin qəbul etdiyi bu qərarını alqışlayıram”, – Zelenski bəyan etdi.