Polşa Ukraynaya 200 ədəd "T72" tipli tank verdi
Polşa Ukraynaya 200 ədəd "T72" tipli tank verdi

Polşa Ukraynaya 200 ədəd “T72” tipli tank verdi.

Ukrayna mətbuatının yazdığına görə, bu sayda tank iki tank briqadasını təchiz etməyə imkan verir. Polşa həmçinin, Ukraynaya onlarca piyada döyüş maşınını göndərdi.

Ümumilikdə, Varşava Kiyevə 7 milyard zlot dəyərində texnika, o cümlədən özüyeriyən 2C1 “Qvozdika” haubitsa və “Qrad” atəş reaktiv sistemini verdi.

Polşa həmçinin MiQ-29 və Su-27 təyyarələri üçün Ukraynaya “hava-hava” raketlərini göndərdi.