Polşa Ukrayna ilə sərhədi gücləndirmək üçün Lublin regionuna “Abrams” tipli tanklar və “Patriot” tipli sistemlər göndərəcək
Polşa Ukrayna ilə sərhədini gücləndirməyi planlaşdırır və Lublin regionuna “Abrams” tipli tanklar və “Patriot” tipli sistemlər göndərəcək. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamiş bəyan edib.
“Bir neçə həftə əvvəl Lublin regionunda “Patriot” batareyalarının yerləşdirilməsi haqqında qərar qəbul etdim. Regionun müdafiəsini təmin edən və oraya yerləşdirilən hərbçilərə baş çəkməyi planlaşdırıram. Bu, “Patriot” batareyalarının Lublin rayonunda yerləşdirildiyi ilk haldır” – Polşanın müdafiə naziri bildirib.
O, Polşa Silahlı Qüvvələrinin bölmələrinin genişləndirilməsi haqqında da qərar qəbul etdiklərini bildirib. Xüsusilə, yeni mexanikləşdirilmiş briqada, pilotsuz uçuş sistemləri batalyonu və “Patriot” sistemi ilə təchiz olunmuş əlavə hava hücumundan müdafiə bölməsi yaradılacaq.
Polşanın müdafiə naziri, bu tədbirlərin regionun müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.