Polşa ölkənin kritik infrastrukturunu, o cümlədən dəmir yolunu qorumaq üçün 10 000 əsgər yerləşdirəcək
Polşa ölkənin kritik infrastrukturunu, o cümlədən dəmir yolunu qorumaq üçün 10 000 əsgər yerləşdirəcək. Bu haqda Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamiş bildirib.
O bildirib ki, bir neçə Avropa ölkəsində hərbçilərin kritik infrastrukturu və şəhərlərin mühüm obyektlərini qoruması kimi artıq oxşar təcrübə var.
“Sizə “Üfüq” əməliyyatını təqdim edirik, Polşa Silahlı Qüvvələrinə dəstək əməliyyatını, polisin fəaliyyətinin konkret maddələrinə uyğun olaraq, diversiya aktlarına müqavimət göstərmək və Polşa vətəndaşlarının təhlükəsizliyini artırmaq üçün təhlükəsizlik fəaliyyəti, kritik infrastrukturun qorunması, birgə patrul və bütün dövlət xidmətlərinin əməkdaşlığı üçün. Bu əməliyyata 10 000-ə qədər əsgər yazırıq. Vəziyyət belə öhdəlik tələb edir. Avropa ölkələrinin paytaxtlarında küçələrdə tez-tez əsgərləri görə bilərsiniz. Polşa buna hazırdır. Böyüklüyünə görə üçüncü orduya sahibik” – Vladislav Kosiniak-Kamiş bildirib.