Polşa Müdafiə naziri - Polşa NATO-nun Avropa ölkələri arasında ən güclü quru qoşunlarına sahib olacaq
Polşa Müdafiə naziri - Polşa NATO-nun Avropa ölkələri arasında ən güclü quru qoşunlarına sahib olacaq

NATO-nun Avropa ölkələri arasında Polşa ən güclü quru qoşunlarına malik olacaq, – bu barədə Polşanın Müdafiə naziri, Mariuş Blaşçak bəyan etdi.

Polşa Müdafiə nazirinin sözlərinə görə, yekunda həm artilleriya, həm də zirehli texnika baxımından Avropada Polşadan güclü ölkə olmayacaq.

“Polşa ordusu o qədər çoxsaylı və güclü olmalıdır ki, onun mövcudluğu təcavüzkarı qorxutsun. Kreml hökmdarları güclülərə zərbə vurmur; zəiflik görəndə hücuma keçirlər. Biz cəbhə xəttindəyik, Rusiya ilə həm şimalda, həm də əslində hərbi baxımdan, Belarusdan sərhədimiz var”, – Blaşçak bəyan etdi

Polşanın Müdafiə naziri onu da qeyd etdiki, ölkə bu il “Patriot” zenit sistemlərini alacaq, həmçinin Britaniyanın “Sky Saber” gəmisinə oxşar batareyası olacaq.