Polşa mediası – Bayden administrasiyası dövründə USAID Polşada hakim partiyanı sarsıtmaq və solçu siyasəti təşviq etmək üçün milyonlarla dollar xərcləyib

18:14, 27.02.2025

 

Bayden administrasiyası dövründə USAID Polşada hakim partiyanı (“Qanun və Ədalət”) sarsıtmaq və solçu siyasəti təşviq etmək üçün milyonlarla dollar xərcləyib – bu haqda məlumatı Polşa mediası yayır.

Yayılmış məlumata əsasən, ABŞ vergi ödəyicilərinin pulu Polşa qruplarını maliyyələşdirmək üçün istifadə olunurdu. Bu məlumatı ABŞ hökumətinin Səmərəlilik Departamentinin rəhbəri İlon Mask da sosial şəbəkədə paylaşıb.

Polşa mediası yazır ki, USAID-in qrantları ilə aktivistlərin qruplarını, mütərəqqi siyasət yürüdən mediaları və “TV Republika” kimi mühafizəkar medianı sıxışdırmaq səylərini maliyyələşdiriblər.

Həmçinin, jurnalist araşdırması Polşanın sərhəd təhlükəsizliyini gözdən salmaq üçün LGBT tərəfdarı fəallığın maliyyələşdirilməsini və kampaniyanı aşkar edib. Polşa mediasına əsasən, USAID, ABŞ Dövlət Departamenti və “Milli Demokratiya Fondu” Polşanın Rusiya və Belarusla sərhəddə müdafiəsinə maneə olan təşkilatları maliyyələşdirib. Həmçinin, o vaxtkı Polşa hökumətinə qarşı mübarizə aparır və onu qeyri-demokratik adlandırırdılar.

Oxşar