Polşa, Litva, Latviya və Estoniya prezidentləri Ukraynaya getdilər. Onlar bu gün Kiyevdə Ukrayna prezidenti, Vladimir Zelenski ilə görüşəcəklər.
Bu barədə Ukrayna və Polşa mediası Polşa Prezident Ofisinin nümayəndəsinə istinad edərək yazır.
Anjey Duda, Gitana Nauseda, Eqil Levits və Alar Karisin Ukraynaya səfərini təşkil edən Polşa hökumətidir.
Litva prezidenti, Gitana Nauseda sosial şəbəkədə Ukraynaya səfərindən yazır.
“Məqsədimiz bu ölkə üçün həlledici məqamda prezident Zelenskinin və Ukraynanın müdafiəçilərinə dəstək olmaqdır. Biz Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə gedirik. Litva Ukraynanın suverenlik və azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək”, -Gitana Nauseda yazır.