Polşa, Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri amerikalı və türk həmkarları ilə Ukrayna-Rusiya danışıqlarının təşkili məsələsini müzakirə edəcəklər
Polşa, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bazar ertəsi ABŞ və Türkiyənin xarici işlər nazirləri ilə telefonla İstanbulda Ukrayna-Rusiya sülh danışıqlarının təşkili məsələsini müzakirə edəcəklər.
Ukrayna mediasının xəbər verdiyi üzrə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski Varşavada media üçün keçirilən konfransında deyib.
“Kiyev vaxtı ilə saat 14:45-də Polşa, Fransa, Almaniya və Böyük Britaniyanın, eləcə də Türkiyə və ABŞ-nin xarici işlər nazirləri arasında sülh görüşünün təşkili və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün sülh prosesi mövzusu ilə bağlı telefon danışığı olacaq” – Vronski bildirib.
Xatırladaq ki, Vladimer Putin Kiyevlə “birbaşa danışıqlara” hazır olduğunu bəyan edib.