Polşa Avropa İttifaqı Şurasının sədri oldu

19:30, 02.01.2025

 
2025-ci ilin yanvarın 1-dən Polşa Avropa İttifaqı Şurasının sədri oldu. Bundan əvvəl Şuraya altı ay ərzində Macarıstan rəhbərlik edirdi.

Polşanın Baş naziri Donald Tusk ölkəsinin sədrliyinin bir çox cəhətdən innovativ olacağını bildirib.

“Sədrlik münaqişələrlə xarakterizə olunan çağırışlarla dolu dövrdə başlayır və bizim vəzifəmiz Avropa İttifaqına 27 üzv ölkənin hamısını Avropanın yenidən Yer kürəsində ən təhlükəsiz, ən sabit yer ola biləcəyinə inandırmaq olacaq. Növbəti 6 ay ərzində təhlükəsizlik bizim əsas prioritetimiz olacaq” – Tusk bildirib.

Donald Tusk bildirib ki, bu müddət ərzində Polşa Ukraynayı müvafiq dəstəklə təmin etməyə çalışacaq.

“Avropanın təhlükəsizliyinin təkcə istək deyil, reallıq olması üçün hər şeyi edəcəyik. Ümid edirəm ki, Polşa sülhü təmin edəcək səylər göstərəcək. Bu işdə özümüzə uğurlar arzulayırıq” – Donald Tusk bildirir.

Oxşar