“Politico”nun məlumatına görə, Ankarada keçirilən NATO sammitində iştirak edən Avropa liderlərinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən üzəri həkk olunmuş tapançalar və döyüş sursatı hədiyyə edilib

12:10, 09.07.2026

Ankarada keçirilən NATO sammitində iştirak edən Avropa liderlərinə üzəri həkk olunmuş tapançalar və döyüş sursatları hədiyyə edilib. Bu barədə “Politico” yazır.

Nəşrin məlumatına görə, odlu silah və patronları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə və Avropa Şurasının Prezidenti Antonio Koştaya təqdim edib.

Avropa Şurasının nümayəndəsinin sözlərinə görə, Koştanın mühafizə qrupu silahı yoxlanılması üçün götürüb.

Antonio Koşta bildirib: “Belçika prosedurlarına uyğun olaraq onu Belçikaya aparacağıq, daha sonra isə Avropa Şurasının Baş Katibliyi tərəfindən müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğun şəkildə saxlayacağıq”.

Avropa rəsmilərindən birinin sözlərinə görə, ehtimal edilir ki, odlu silahlar hədiyyələrin dəyərinə tətbiq olunan ciddi məhdudiyyətləri pozur və Avropa liderlərinin onları şəxsi mülkiyyət kimi saxlaması az ehtimal olunur.

Hədiyyə olaraq odlu silah alan digər Avropa liderləri, o cümlədən Böyük Britaniyanın Baş naziri Kir Starmer və Niderlandın Baş naziri Rob Yetten isə açıq şəkildə bildiriblər ki, silahları öz ölkələrinə aparmaq əvəzinə Türkiyədə saxlayacaqlar və burada zərərsizləşdiriləcək.

Oxşar