"Politico" - Yeni üzv ölkələr Avropa İttifaqına ola bilsin səsvermə hüququ olmadan qoşulsunlar
"Politico" - Yeni üzv ölkələr Avropa İttifaqına ola bilsin səsvermə hüququ olmadan qoşulsunlar

 

Yeni üzv ölkələr Avropa İttifaqına ola bilsin səsvermə hüququ olmadan qoşulsunlar. “Politico” nəşrinin üç avropalı diplomata və Avropa İttifaqının yüksək rütbəli rəsmisinə istinadən yazdığı kimi, Avropa İttifaqına üzvlük qaydalarının dəyişdirilməsi təşəbbüsü hələ müzakirənin erkən mərhələsindədir və bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.

“Politico”nun məlumatına əsasən, təşəbbüsün ideyası ondan ibarətdir ki, ayrı-ayrı ölkələr tərəfindən vetodan istifadəni çətinləşdirmək üçün Avropa İttifaqı özünün fəaliyyət qaydalarına yenidən baxdıqda, yeni üzv tam hüquqlar əldə edəcək.

Medianın məlumatına əsasən, bu təkliflə Avstriya və İsveç kimi Avropa İttifaqının genişlənməsini dəstəkləyən ölkələr hazırda Macarıstan və bir neçə digər dövlət tərəfindən əngəllənən genişlənmə prosesinə yeni nəfəs qazandırmağa çalışırlar.

“Politico”nun yazdığı kimi, bu təşəbbüs Ukrayna, Moldova və Monteneqro kimi Avropa İttifaqına üzvlük yolunda olan ölkələrə üzvlüyün ilkin mərhələsində veto hüququ olmadan üzvlüyün faydalarından istifadə etməyə imkan verərdi.

Media vasitəsinin məlumatına əsasən, ideya hazırda Avropa İttifaqı ölkələri ilə Avropa Komissiyası arasında qeyri-rəsmi şəkildə müzakirə olunur.