Politico – Trampın yüksək vəzifəli müşavirləri hesab edirlər ki, İsrailin İrana ABŞ zərbələrindən əvvəl hücum etməsi daha məqsədəuyğun olar
Politico – Trampın yüksək vəzifəli müşavirləri hesab edirlər ki, İsrailin İrana ABŞ zərbələrindən əvvəl hücum etməsi daha məqsədəuyğun olar

ABŞ Prezidenti Donald Trumpın yüksək vəzifəli müşavirləri hesab edirlər ki, İsrailin İrana ABŞ tərəfindən zərbələr endirilməzdən əvvəl hücum etməsi daha məqsədəuyğun olar – bu barədə Politico mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, administrasiya nümayəndələri bildirirlər ki, İsrailin zərbəsi İranı cavab tədbirləri görməyə məcbur edəcək. Bu isə ABŞ cəmiyyətində Amerika hücumuna dəstəyi artıracaq.

“Bu, bizə hərəkət etmək üçün daha çox əsas verəcək”, – deyə mənbə nəşrə bildirib.

“Politico”nun mənbələri həmçinin qeyd edirlər ki, ABŞ və İsrailin birgə əməliyyatı da müzakirə olunur.

“Əgər rejim dəyişikliyi üçün genişmiqyaslı hücumdan danışırıqsa, İran böyük ehtimalla bütün vasitələrlə cavab verəcək. Regionda çoxlu sayda aktivlərimiz var və onların hər biri potensial hədəfdir. Onlar ‘Dəmir Qübbə’nin altında deyillər. Buna görə də, Amerika itkilərinin yüksək ehtimalı var. Bu isə böyük siyasi risk daşıyır”, – deyə mənbələrdən biri bildirib.