Politico – Tramp administrasiyasının rəsmiləri Rusiya və Ukrayna rəsmiləri ilə danışıqlara başlamaq üçün Səudiyyə Ərəbistanına səfər edirlər

11:38, 16.02.2025

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolz, dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya və Ukrayna nümayəndələri ilə sülh danışıqlarına başlamaq üçün yaxın günlərdə Səudiyyə Ərəbistanına gedəcək. – Bu barədə “Politico” respublikaçı konqresmen Mayk Makkeynə və ABŞ hökumətindəki iki anonim mənbəyə istinadən xəbər verir.

Politico-nun mənbələrinə görə, Trampın Ukrayna münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Səudiyyə Ərəbistanına səfər etməyəcək. Bundan əlavə, Avropa ölkələrinin nümayəndələri dəvət edilmir.

Bundan əvvəl Bloomberg öz mənbələrinə istinadən xəbər vermişdi ki, danışıqlar gələn həftə Səudiyyə Ərəbistanında başlayacaq, baxmayaraq ki, bu, yekun plan deyil və hər an hər şey dəyişə bilər.

Oxşar