"Politico" - Sorğuya əsasən, amerikalıların əksəriyyəti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı müdrik qərar verəcəyini hesab etmir
"Politico" - Sorğuya əsasən, amerikalıların əksəriyyəti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı müdrik qərar verəcəyini hesab etmir

 

“Pew Research Center” təşkilatı tərəfindən keçirilən sorğuya əsasən, amerikalıların əksəriyyəti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı müdrik qərar verəcəyini hesab etmir – bu haqda “Politico” yazır.

Nəşrin məlumatına əsasən, sorğu ABŞ və Rusiya prezidentlərinin görüşündən əvvəl keçirilib, nəticələr isə göstərib ki, amerikalıların əksəriyyəti Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı düzgün qərar qəbul etmə qabiliyyətinə şübhə ilə yanaşır.

Fikri soruşulanların demək olar ki, 60%-i Trampın Avropanın ən qanlı münaqişəsi ilə bağlı “müdrik qərar” verə biləcəyinə “çox da əmin deyil” və ya “heç də əmin deyil” cavabını verib. Bununla yanaşı, amerikalıların fikri ABŞ-nin Ukraynaya müdafiədə kömək etmək öhdəliyinin olub-olmaması məsələsində bərabər bölündü.

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putinin görüşü Alyaska ştatının Ankoric şəhərində bu gün yerli vaxtla saat 11:00-da keçiriləcək.