"Politico" - NATO-da Ukrayna üçün ABŞ-dan silah alınmasına qoşulmayan üzv dövlətlərə təzyiq edirlər
"Politico" - NATO-da Ukrayna üçün ABŞ-dan silah alınmasına qoşulmayan üzv dövlətlərə təzyiq edirlər

 

NATO-da Ukrayna üçün ABŞ-dan silah alınmasına qoşulmayan üzv dövlətlərə təzyiq edirlər – bu haqda “Politico” yazır.

“Politico”nun məlumatına əsasən, Norveç, Danimarka, İsveç, Kanada, Almaniya və Niderland dörd müxtəlif PURL paketinə iki milyard dollar töhfə veriblər, dünən isə Estoniya, Latviya, Litva, Slovakiya və Finlandiya beşinci paketi tamamlamağa hazır idilər. Böyük Britaniya və Fransa PURL paketinə hələ vəsait ödəməyiblər.

“Məsuliyyətin bölüşdürülməsinin ədalətli olacağına dair gözlənti var və hələ öhdəlik götürməyənlər bunu etməlidirlər” – İsveçin müdafiə naziri Pal İonson “Politico”ya deyib.

PURL – Avropa ölkələrinin Amerika silahlarını alaraq NATO-ya verdiyi, NATO-nun isə Ukraynaya ötürdüyü təşəbbüsdür.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-nin müdafiə katibi Pit Heqset Ukraynanı münaqişənin sülh yolu ilə sona çatdırmaq üçün lazım olan hər şey ilə təmin etmək üçün bu təşəbbüs çərçivəsində daha çox ölkənin əlavə töhfələr verəcəyini, daha çox alacağını gözlədiklərini bildirib.