"Politico" - Marko Rubio Kaia Kalasla görüşməkdən imtina edir
"Politico" - Marko Rubio Kaia Kalasla görüşməkdən imtina edir

 

ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaia Kalasla ikitərəfli görüş keçirməkdən imtina edir. Bu haqda məlumatı “Politico” yayır.

Nəşrə əsasən, Avropa İttifaqının baş diplomatı Tramp administrasiyası ilə bəzən çətin münasibətlərinə görə diqqət mərkəzinə düşə bilməyib.

“Digər iki rəsmi şəxsin sözlərinə əsasən, Trampın komandasının ən Avropayönümlü üzvü olan və Trampın Ukrayna danışıqlarının gedişatını dəyişdirən ABŞ dövlət katibi Marko Rubio belə Kalasla ikitərəfli görüşlər keçirməkdən imtina edir. Lakin, rəsmi şəxslərdən biri qeyd edib ki, o, pis polis rolunu oynamaqla, üzv dövlətləri səhnədən kənar səfərbər etməklə məşğuldur” – nəşr yazır.