"Politico" – İfrat sağçı "Almaniya üçün Alternativ" Almaniyada ən populyar partiyaya çevrilib
"Politico" – İfrat sağçı "Almaniya üçün Alternativ" Almaniyada ən populyar partiyaya çevrilib

 

İfrat sağçı “Almaniya üçün Alternativ” Almaniyada ən populyar partiyaya çevrilib.

Bu barədə “Politico” nəşri yazır.

“Forsa” Sosial Tədqiqat və Statistik Təhlil İnstitutunun apardığı tədqiqata əsasən, bu gün Almaniyada parlament seçkiləri keçirilsəydi, “Almaniya üçün Alternativ” partiyası seçicilərin 26 faizinin səsini toplayardı.

İfrat sağçı partiya Almaniyanın kansleri Fridrix Mertsin seçicilərin 24%-nin dəstəkləyəcəyi “Xristian Demokratik və Xristian Sosial İttifaqı”nı geridə qoyur.

Məlumat üçün bildirək ki, hazırda “Almaniya üçün Alternativ” Bundestaqda ən böyük müxalifət qüvvəsidir.

Tədqiqata əsasən, Almaniyanın kansleri xarici siyasət məsələlərinə, xüsusən də Ukraynadakı müharibəyə və Donald Trampın idarəçiliyi dövründə ABŞ-Avropa münasibətlərinə fokuslanıb və daxili arenada dəstəyi getdikcə daha çox itirir.