“Politico” – Fransanın Baş Qərargah rəisinin ölkənin Rusiya ilə mümkün müharibədə övladlarını itirməyə hazır olması barədə bəyanatı Fransada narazılıq doğurdu
“Politico” – Fransanın Baş Qərargah rəisinin ölkənin Rusiya ilə mümkün müharibədə övladlarını itirməyə hazır olması barədə bəyanatı Fransada narazılıq doğurdu

Fransanın Baş Qərargah rəisi, general Fabien Mandonun Rusiyayla mümkün müharibədə ölkənin övladlarını itirməyə hazır olmalı olduğu barədə çağırışı Fransada böyük narazılıq yaradıb.

Bu barədə “Politico” nəşri yazır.

Fransa şəhərlərinin merləri ilə illik görüşdə çıxış edən general yerli yüksək vəzifəli şəxsləri çağırıb ki, vətəndaşları “öz varlıqlarını qorumaq üçün əzab çəkmək məcburiyyəti yarana biləcəyi” ehtimalına hazırlasınlar.

“Bizim Moskva rejimini cilovlamaq üçün lazım olan bilik, iqtisadi və demoqrafik gücümüz var”, – deyə Mandon bildirib.

Onun sözlərinə görə, “Fransa öz övladlarının itirilməsinə, iqtisadi çətinliklərə hazır olmazsa – çünki prioritet müdafiə sənayesinə veriləcək – o zaman risk qarşısında qalacaq”.

Ultra-solun lideri, üç dəfə prezidentliyə namizəd olmuş Jan-Lyuk Melanşon hərbçinin açıqlamasını tənqid edib və deyib ki, generalın işi deyil diplomatik uğursuzluğun nəticəsində yarana biləcək qurbanları qabaqcadan “proqnozlaşdırmaq”.

“Kommunist Partiyası”nın lideri Fabien Russel isə generalı müharibəyə təhrik etməkdə ittiham edib.

Marin Le Penin ultra-sağçı partiyası “Milli Birlik”in üzvü, deputat Sebastyan Şenu isə bildirib ki, Fabien Mandonun bu cür açıqlama vermək üçün legitimliyi yoxdur və narahatlığını ifadə edib ki, generalın sözləri prezident Emmanuel Makronun mövqeyini əks etdirə bilər.