“Politico” – Etiraz aksiyalarında inkişaf edən hadisələr fonunda İtaliya hakimiyyəti Milana 500 hərbi qulluqçu yerləşdirməyi planlaşdırır
İtaliya hakimiyyəti bir neçə tədbirin görülməsini, o cümlədən Milana 500 hərbi qulluqçunun yerləşdirilməsini planlaşdırır.
Qərar həftə sonu şəhərdə etiraz aksiyaları zamanı baş verən iğtişaşlarla bağlıdır. Məlumatı “Politico” yayır.
Ötən həftə sonu Milanda polis 270-ə yaxın şəxsi saxlayıb. Onların əksəriyyəti yetkinlik yaşına çatmayanlar olub.
Medianın məlumatına əsasən, gənclərin keçirdiyi, əvvəlcədən icazə verilmiş etiraz aksiyaları zorakılıq və qarətə çevrilib.
Medianın ilkin məlumatında, İtaliya hökumətinin polisin səlahiyyətlərinin genişləndirilməsini nəzərdən keçirdiyi deyilir. Təşəbbüsə əsasən, cinayət törətməmiş, lakin mümkün təhlükə mənbəyi sayılan şəxslər profilaktik saxlanılma qaydasında 24 saatadək müddətə saxlanıla bilərlər. Bu müddəa yetkinlik yaşına çatmayanlara da şamil oluna bilər.
Bundan başqa, polisə iğtişaşlarda iştirak şübhəsi əsasında şəxsləri hadisədən sonra da saxlamaq hüququ verilə bilər.
İtaliyanın vitse-baş naziri Antonio Taianinin bəyanatına əsasən, qeyd olunan tədbirlərin məqsədi yeni iğtişaşların qarşısını almaq, tarixi mərkəzlərdə biznes azadlığını və vətəndaşların sərbəst hərəkət hüququnu qorumaqdır.