“Politico” – Donald Trampın Kanadadan malların idxalına rüsumun artırılması ilə bağlı bəyanatından sonra Castin Trüdo onunla telefonla danışıb
Trampın Kanadadan malların idxalına rüsumun artırılması planını elan etməsindən sonra Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın seçilmiş prezidenti Donald Trampla telefonla danışıb – məlumatı “Politico” yayır.
Kanadanın Baş nazirinin qiymətləndirməsinə əsasən, Donald Trampla “yaxşı” söhbət aparıb.
“Biz birbaşa faktlar, bizim iki ölkə arasında müxtəlif istiqamətlərdə nə qədər intensiv və effektiv kommunikasiyanın olması haqda danışdıq” – Trüdo qeyd edib.
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündən Meksika, Kanada və Çindən gətirilən mallara rüsumları kəskin şəkildə artıracağını bildirib. Tramp, bu addımın qeyri-qanuni immiqrasiyaya və sərhəddən “cinayət və narkotik” axınına cavab ölçüsü olduğunu deyib.