Politico – Con Retkliff Moskvaya səfəri zamanı Rusiyanın yüksəkvəzifəli şəxslərini Baltikyanı ölkələrlə münaqişəni gərginləşdirməməyə çağırıb

10:29, 27.08.2026

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya səfəri zamanı Rusiyanın yüksəkvəzifəli şəxslərini ABŞ-ın NATO üzrə müttəfiqləri, xüsusilə Estoniya, Latviya və Litva ilə münaqişəni gərginləşdirməməyə çağırıb. Bu barədə Politico mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, Retkliff Moskvaya səfərindən Rusiyaya İrana hərbi və iqtisadi dəstəyi azaltmaq çağırışı etmək üçün də istifadə edib.
Politico qeyd edir ki, son həftələrdə Rusiya Ukraynanı dəstəkləyən NATO ölkələrini bir neçə dəfə təhdid edib. Bu isə Moskvanın NATO müttəfiqlərinə qarşı hibrid müharibə və ya məhdud hərbi əməliyyatlar formasında yeni, daha aqressiv addımlar ata biləcəyi ilə bağlı narahatlıq yaradıb.
“Onun səfərinin əsas məqsədi Rusiyanı xəbərdar etmək idi ki, Baltikyanı ölkələrə qarşı eskalasiyaya səbəb ola biləcək hər hansı addım yolverilməzdir”, – deyə Politico yazır.

Oxşar