“Politico” – Bütün tərəflər cari ayın sonuna və ya ola bilsin, həftənin sonuna qədər Ukrayna münaqişəsini bitirmək üçün çərçivə barədə razılığa gələcəklər

18:24, 19.11.2025

 

Bütün tərəflər cari ayın sonuna və ya ola bilsin, cari həftənin sonuna qədər Ukrayna münaqişəsini bitirmək üçün çərçivə barədə razılığa gələcəklər – bu haqda məlumatı “Politico” Ağ Evin nümayəndəsinə istinadən yayır.

Nəşrin məlumatına əsasən, görünür nə Ukrayna, nə də ABŞ-nin Avropadakı müttəfiqləri yeni sülh planının hazırlanmasında iştirak ediblər.

“Politico” yazır ki, Ağ Evdə əhval-ruhiyyə nikbindir və görünür, plan Volodimir Zelenskiyə bitmiş fakt kimi təqdim olunacaq.

“Ukraynaya təqdim edəcəyimiz şey ağlabatandır. Biz avropalılarla həqiqətən maraqlanmırıq. Ukrayna tərəfindən qəbul edilməsindən söz gedir” – Donald Trampın administrasiyasının nümayəndəsi bildirib.

Oxşar