"Politico" - Avropa Parlamentində Ursula fon der Laienə və Avropa Komissiyasına etimadsızlıq elan edilməsi məsələsini səsverməyə qoyacaqlar
Növbəti cümə axşamı Avropa Parlamentində Avropa Komissiyasına və onun prezidenti Ursula fon der Laienə etimadsızlıq elan edilməsi məsələsini səsverməyə qoyacaqlar. Bu barədə “Politico” yazır.
Avropa Parlamentinin prezidenti Roberta Metsola siyasi qrupları səsvermə ilə bağlı artıq məlumatlandırıb. Müzakirə bazar ertəsinə planlaşdırılıb və fon der Laienin özü çıxış edəcək. Bundan sonra siyasi qrupların liderlərinin öz fikirlərini ifadə edəcəyi müzakirə keçiriləcək, cümə axşamı isə Strasburqda plenar iclasda səsvermə keçiriləcək.
Rumıniyalı sağçı avropalı parlamentari Qeorqe Piperea təşəbbüsü irəli sürüb. O, Avropa Komissiyasını şəffaflığın azlığı və yanlış idarəçilikdə günahlandırır.
“Politico”nun yazdığı kimi, onillik ərzində komissiyanın rəhbərinin belə bir çağırışla üz-üzə qalması ilk dəfə baş verir, lakin Ursula fon der Laienə etimadsızlıq elan olunması az ehtimal olunur, çünki partiyaların əksəriyyəti bunu planlaşdırmadıqlarını artıq bəyan ediblər.