"Politico" - Avropa Parlamenti qeyri-hökumət təşkilatlarının maliyyələşməsini yoxlamaq üçün rəsmi qurum yaradır
Avropa Parlamenti qeyri-hökumət təşkilatlarının maliyyələşməsini yoxlayacaq rəsmi qurum yaradır. Məlumatı “Politico” yayır.
Nəşrin məlumatına əsasən, Avropa Parlamenti səsvermə nəticəsində Avropa İttifaqı tərəfindən qeyri-hökumət təşkilatlarının maliyyələşməsini yoxlayacaq işçi qrupun yaradılması məsələsini təsdiqləyib. Avropa Parlamentində ən böyük sağ-mərkəzçi – “Avropa Xalq Partiyası” qrupun yaradılmasının təşəbbüskarıdır.
Sosialistlər və Demokratlar, eləcə də Yenilənmiş Avropa və Yaşılların nümayəndələri təşəbbüsün əleyhinə səs veriblər.
“Uzun müddətdir deyirdik ki, qeyri-hökumət təşkilatlarının maliyyələşməsinin şəffaflığının təmin edilməsi üçün kifayət qədər iş görülmür” – “Avropa Xalq Partiyası”nın nümayəndəsi Tomaş Jeçovski bildirib.
“Avropa Xalq Partiyası”nın bəyanatına əsasən, işçi qrup Avropa Komissiyası tərəfindən qeyri-hökumət təşkilatları ilə bağlanmış bütün müqavilələri araşdıracaq.