“Politico” – Avropa Komissiyası Ukraynaya peyk bağlantısının təmin edilməsində necə kömək edə biləcəklərini müzakirə edir
“Politico”nun məlumatına əsasən, Avropa Komissiyası Ukraynaya peyk bağlantısının təmin edilməsində necə kömək edə biləcəklərini müzakirə edir. Bu, Ukraynanın “Starlink” şəbəkəsinə çıxışının İlon Mask tərəfindən mümkün dayandırılması ilə bağlı məlumatın yayılmasından sonra baş verir.
Avropa Komissiyasının nümayəndəsi Tomas Reqnier bildirib ki, Ukrayna Avropa İttifaqının dövlət peyk şəbəkəsindən (Govsatcom), eləcə də yalnız 2030-cu illərdə fəaliyyətə başlayacaq IRIS² sistemindən istifadə etməkdə maraqlı olduğunu bildirib.
Fransız avropalı parlamentari Avropa İttifaqına məktub yazıb və onu təcili olaraq Ukrayna üçün alternativ peyk variantları tapmağa çağırıb.
Ehtimallardan biri IRIS²-nin yaradılmasından əvvəl “Govsatcom”un tətbiqini sürətləndirməkdir.
Ötən il Ukrayna tərəfi ölkədə təxminən 42 000 “Starlink” terminalının fəaliyyət göstərdiyini açıqlamışdı. Onların təxminən yarısı Polşa tərəfindən maliyyələşdirilir.