"Politico" - Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsi üçün səsvermə qaydalarının dəyişdirilməsinə bir neçə ölkə, o cümlədən Macarıstan, Fransa, Niderland və Yunanıstan qarşı çıxır
Avropa İttifaqına yeni üzvlərin qəbulunun sürətləndirilməsi məqsədilə səsvermə qaydalarının dəyişdirilməsinə bir neçə üzv ölkə, o cümlədən Macarıstan, Fransa, Niderland və Yunanıstan qarşı çıxır. Məlumatı “Politico” yayır.
Nəşrin məlumatına əsasən, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta üzvlük mərhələlərinin yekdil qərarla deyil, ixtisaslı səs çoxluğu ilə açılması üçün Avropa İttifaqına namizəd ölkələr üçün danışıqlar çərçivəsinə dəyişiklik ideyası ilə çıxış edir.
Avropa İttifaqının 27 lideri bu gün Kopenhagendə Avropa İttifaqı Şurasının qeyri-rəsmi sammitində bir araya gələcək və Şuranın prezidenti Antoniu Koşta namizəd ölkələr üçün danışıqlar çərçivəsinin dəyişdirilməsi imkanını gündəmə gətirməyi planlaşdırır.
Medianın məlumatına əsasən, Avropa İttifaqına yeni üzvlərin qəbulunun sürətləndirilməsi məqsədilə səsvermə qaydalarının dəyişdirilməsinə bir neçə üzv ölkə qarşı çıxır. Nəşrə əsasən, təşəbbüsü Macarıstan, eləcə də bir neçə ölkə, o cümlədən Fransa, Niderland və Yunanıstan dəstəkləmir, Danimarkanın bu təşəbbüsü geniş şəkildə dəstəkləməsi az ehtimal olunur.