“Politico”: Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların 21-ci paketi üzrə razılığa gəlib, lakin üçüncü ölkələrə Rusiya qazının nəqlinə qadağanın tətbiqi müddəti əhəmiyyətli dərəcədə uzadılıb
“Politico”: Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların 21-ci paketi üzrə razılığa gəlib
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı genişmiqyaslı 21-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə ediblər. Məlumatı “Politico” yayıb.
Medianın məlumatına görə, razılaşmanın son mübahisəli məsələsi üçüncü ölkələrə Rusiya qazının daşınmasına qadağa qoyulması olub. Bu məsələ kompromis nəticəsində həll edilib. Belə ki, sözügedən qadağanın qüvvəyə minməsi müddəti əhəmiyyətli dərəcədə uzadılıb.
Diplomatların sözlərinə görə, Avropa İttifaqı Rusiya xam neftinə tətbiq edilən qiymət tavanını 12 ay müddətində dəyişməz saxlamaq qərarına da gəlib. Hazırda bu hədd bir barel üçün 44,10 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Yunanıstan əvvəlcə Avropa şirkətlərinə üçüncü ölkələrdəki istehlakçılar üçün Rusiya qazının daşınmasını qadağan edən təklifə qarşı çıxmışdı. Afina bildirirdi ki, bu tədbir Aİ liderlərinin əvvəllər razılaşdırdığı çərçivəni aşır və praktikada səmərəsiz ola bilər, çünki gəmilər başqa yurisdiksiyalarda qeydiyyatdan keçə bilər.