“Politico” – ABŞ Rusiyanın döyüş meydanında yenidən mövqelərini itirsə, Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyini istisna etmir

10:44, 24.11.2022

ABŞ-da Rusiyanın döyüş meydanında yenidən mövqelərini itirsə, Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyini istisna etmirlər. Bu barədə “Politico” Ağ Ev və Müdafiə Nazirliyindən altı anonim mənbəyə istinadən edərək məlumat yayır.

Nəşrin məlumatına görə, hazırkı mərhələdə ABŞ Kəşfiyyatının Ukraynada kimyəvi hücumun qaçılmaz olduğunu göstərən göstəricilərdə heç bir məlumatı yoxdur. Lakin, Pentaqon kimyəvi və ya bioloji təhlükə zamanı silahlı qüvvələrə nə etməli olduqlarını öyrətmək üçün payızda Şərqi Avropaya qruplar göndərsi. Həmçinin, ABŞ Kiyevi kimyəvi, bioloji və nüvə müdafiəsi ilə təmin etdi.

Co Bayden administrasiyasında hesab edirlər ki, Vladimir Putin döyüş meydanında yenə mövqelərini itirsə, əvvəlcə kimyəvi silahdan istifadə edə bilər, sonra isə NATO ilə nüvə qarşıdurmasına keçə bilər.

Oxşar