“Politico” – Fransada müxalifət partiyası “Yaşıllar” hökumətə etimadsızlıq elan edilməsi təşəbbüsü ilə çıxış edib

22:43, 30.06.2026

 

Fransa Parlamentində müxalifət partiyası “Yaşıllar” hökumətə etimadsızlıq elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə məlumatı “Politico” nəşri yayır.

Nəşrin məlumatına əsasən, partiya baş nazir Sebastyan Le Kornunu rekord istilər zamanı qeyri-müvafiq reaksiya verməkdə ittiham edir.

Baş nazir ittihamları rədd edib və “Yaşıllar”ın insan faciəsindən siyasi məqsədlər üçün istifadə etdiyini bildirib.

“Politico”nun qeyd etdiyi kimi, etimadsızlıq elan edilməsi təşəbbüsünün uğur qazanmaq şansı azdır, çünki bunun üçün digər böyük müxalifət partiyalarının, məsələn, “Milli Birlik” və ya sosialistlərin dəstəyi lazımdır.

Sosialistlər, Lekornunun ötən il baş nazir olmasından bəri gündəmə gələn altı etimadsızlıq votumunun heç birində ona qarşı dəstək nümayiş etdirməyiblər.

Məlumat üçün bildirək ki, son günlərdə Fransada havanın temperaturu 40 dərəcəni keçirdi, 23-24 iyun tarixləri isə ölkənin meteoroloji müşahidələr tarixində ən isti günlər olub. İlkin məlumatlara əsasən, isti dalğası dövründə ölkədə orta göstəricidən təxminən 1000 nəfər daha çox insan dünyasını dəyişib. Fransanın səhiyyə naziri Stefani Ristinin bəyanatına əsasən, dünyasını dəyişənlərin son sayını müəyyən etmək üçün əlavə vaxta ehtiyac var.

Oxşar