Polisi Acarada iki nəfərin bıçaqlanması faktını açdı
Polisi Acarada iki nəfərin bıçaqlanması faktını açdı

 

 

Daxili İşlər Nazirliyinin Acaradakı Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı – 1980-ci il təvəllüdlü A.T.-ni isti izlərlə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı tanışları – Türkiyə Respublikasının vətəndaşları, 1988-ci il təvəllüdlü M.V.-yə və 1981-ci il təvəllüdlü F.O.-ya soyuq silahdan istifadə etməklə bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı kişilər tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdiriliblər.

Polis A.T.-ni təqsirləndirilən şəxs qismində isti izlərlə saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.