Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində keçmişdə oğurluq etdiyinə görə mühakimə olunmuş 1980-ci il təvəllüdlü A.Q.-ni polisə hücum ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Onların məlumatına əsasən, 2021-ci ildə A.Q.-nin barəsində valideyninə qarşı törətdiyi zorakılıq faktı ilə əlaqədar çəkindirici order çıxarılıb.
“İstintaqla müəyyən edilib ki, Rustaveli prospektində, parlamentə bitişik ərazidə keçirilən aksiyada iştirak edən təqsirləndirilən şəxs ictimai asayişin mühafizəsi üçün ərazidə olan patrul müfəttişinə hücum edib və ona qarşı fiziki zorakılıq törədib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları törədilmiş hücum faktı ilə əlaqədar A.Q.-ni təqsirləndirilən şəxs qismində isti izlərlə saxlayıblar” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Cinayət dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. İstintaq Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə aparılır.