Polis yetkinlik yaşına çatmayanın zorlanmasına görə 73 yaşlı kişini saxlayıb
Polis yetkinlik yaşına çatmayanın zorlanmasına görə 73 yaşlı kişini saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Kaspi Rayon Şöbəsinin əməkdaşları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1952-ci il təvəllüdlü M.N.-i yetkinlik yaşına çatmayanın zorlanması ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

“Mövcud istintaq çərçivəsində müəyyən edilib ki, cinayətdə təqsirləndirilən şəxs zorakılıq tətbiq etməklə yetkinlik yaşına çatmayan həmkəndlisini zorlayıb.

Hüquq-mühafizə orqanları M.N.-i Kaspi bələdiyyəsinin kəndlərindən birində, onun yaşadığı evdə təqsirləndirilən şəxs qismində saxlayıb. İstintaq Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır,” – DİN-in açıqlamasında deyilir.