Polis yetkinlik yaşına çatmayan şəxsin təsvirini ehtiva edən pornoqrafik materialın əldə edilməsi, saxlanılması və ona malik olduğuna görə xarici ölkə vətəndaşını saxlayıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirilən istintaq hərəkətləri nəticəsində, əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan şəxsin təsvirini ehtiva edən pornoqrafik materialın əldə edilməsi, saxlanılması və ona malik olma ittihamı ilə Rusiya Federasiyasının vətəndaşı, 2007-ci il təvəllüdlü P.P.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında, cinayətin 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri ilə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan şəxsin təsvirini ehtiva edən pornoqrafik materialı şəxsi fayda üçün əvvəlcədən bilə-bilə əldə etdiyi, ona malik olduğu və özünə məxsus şəxsi kompüterdə saxladığı müəyyən edilib.

Polis saxlanılan şəxsin mənzilində axtarış zamanı sübut kimi kompüter avadanlığı və mobil telefon götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsi ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.