Polis yetkinlik yaşına çatmayan məhdud imkanlı şəxsə təcavüz edilməsi ittihamı ilə taksi sürücüsünü saxlayıb
Polis yetkinlik yaşına çatmayan məhdud imkanlı şəxsə təcavüz edilməsi ittihamı ilə taksi sürücüsünü saxlayıb

 

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları qabaqcadan bilərəkdən yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi ittihamı ilə 1980-ci il təvəllüdlü M.X.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumda bəyan etdikləri kimi, istintaqla təqsirləndirilən taksi sürücüsünün Qori Munisipalitetindəki meşə massivində məhdud imkanlı şəxs statusuna malik yeniyetməyə qarşı cinsi zorakılıq törətdiyi müəyyən edilib.

“Keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları M.X.-ni hakimin hökmü əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.

Hadisə ilə əlaqədar istintaq Cinayət Məcəlləsinin 137-ci maddəsinin dördüncü hissəsinin “q” yarımbəndi ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in yaydığı məlumatda deyilir.