Polis “Vivamedi” Klinikasının mühafizəçisini yaraladığı üçün iki nəfəri saxlayıb

23:10, 17.12.2020

Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş Departamentinin əməkdaşları əməliyyat-istintaq hərəkətləri nəticəsində Tbilisidə əvvəllər məhkum olunmuş iki nəfəri saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Agentliyin verdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Z.G. qəsdən sağlamlığa ağır zərər vurmaqda, 1995-ci il təvəllüdlü Ş.B. ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

“İstintaq, şübhəlilərin mübahisə zəminində Vivamedi Klinikasının mühafizəçisi 1995-ci il təvəllüdlü B.Ç.-yə fiziki xəsarət yetirdiyini, bu zaman təqsirləndirilən Z.G.-nın təhlükəsizlik işçisinin bədəninə soyuq silahla xəsarət yetirdiyini təsbit etdi. Yaralı kişi tibbi müəssisəyə aparılıb və həyatı üçün təhlükə yoxdur.

Saxlanılan Z.G, Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi olan 117-ci maddəsinin 1-ci hissəsi ilə istintaqa cəlb olunur.

Saxlanılan Ş.B.-ya Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən az miqdarda ziyan vurma maddəsi olan 120-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır ”, – deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Oxşar