Polis təcavüz ittihamı ilə bir nəfəri saxladı
Polis təcavüz ittihamı ilə bir nəfəri saxladı

Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya və İmereti polis departamentlərinin əməkdaşları birgə keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şərti məhkumluq altında olan, 1998-ci il təvəllüdlü F.Ç.-ni təcavüz ittihamı ilə saxlayıblar.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Quriyada, 2011-ci il təvəllüdlü M.K.-ya qarşı zor tətbiq edərək təcavüz törədib və hadisə yerindən qaçıb. Keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları F.Ç.-ni təqsirləndirilən şəxs qismində saxlayıb.

Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü bəndi ilə aparılır”, – deyə DİN-in məlumatında qeyd olunur.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.