Polis Tbilisidə yaşayış evinə oğurluq məqsədilə daxil olmağa cəhd göstərməkdə ittiham olunan bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 1990-cı ildə anadan olmuş, dəfələrlə məhkum olunmuş Ş.Ç. oğurluğa cəhd ittihamı ilə tutulub. Cinayət əməli yeddi ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs qanunsuz olaraq oğurluq məqsədilə başqasının yaşayış evinə daxil olmağa çalışıb, lakin niyyətini həyata keçirə bilməyib və hadisə yerindən uzaqlaşıb.
İş üzrə aparılmış istintaq hərəkətləri nəticəsində, hüquq-mühafizə orqanları Ş.Ç.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. O, həmçinin müxtəlif vaxtlarda üç ev oğurluğu faktında da ifşa olunub.
İstintaq Cinayət Məcəlləsinin 19-177-ci maddəsi ilə aparılır”, – DİN məlumatında qeyd olunur.